Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail-HƏMAS danışıqları başlayıb - Masada iki təklif var

Girovların azad edilməsi üçün İsrail və HƏMAS arasında danışıqlar başlayıb...

"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı media orqanları - "CNN" və "The New York Times" məlumat yayıb.

“New York Times”in adı açıqlanmayan ABŞ rəsmilərindən aldığı məlumata görə, masada 2 təklif müzakirə olunur.

Təkliflərdən biri odur ki, HƏMAS-ın döyüşlərdə qısamüddətli fasilə qarşılığında israilli qadın və uşaqlar da daxil olmaqla 10-20 mülki girovu azad edəcəyi gözlənilir. Qəzet iddia edir ki, bütün şərtlər yerinə yetirilərsə, bu say 100 nəfərə qədər arta bilər.

Digər təklifə görə, HƏMAS-ın daha çox humanitar yardım, xəstəxanalar üçün yanacaq və bütün mülki vətəndaşların azadlığa buraxılması müqabilində İsrail həbsxanalarındakı qadın və uşaqların sərbəst buraxılmasını istəsə də, İsrail rəsmiləri məhbusların azad edilməsində qərarsızdır.

NYT bildirib ki, Həmas rəsmiləri hərbi yaşda olan israilli kişiləri və əsgərləri tezliklə azad etmək niyyətində deyil.

"CNN" isə girovların mərhələli şəkildə azad ediləcəyini, qadın və uşaqlara üstünlük veriləcəyini yazıb.

Hər iki qəzet Qətərin İsrail və HƏMAS danışıqlarında vasitəçi olduğunu və ABŞ-ın yüksək rütbəli rəsmilərinin də danışıqlarda iştirak etdiyini vurğulayıb.




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

Ən çox oxunanalar